6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda “FinCert”in yaradılmasını dəstəkləyən bankların adı açıqlandı

Azərbaycanda banklar “FinCert”in yaradılması məsələsinin öyrənilməsi məqsədilə İşçi Qrupu təsis olunub. Bu barədə Banker.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

“20 oktyabr tarixində ABA-da “İT və İT təhlükəsizlik üzrə” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı bankların digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması və “FinCert”in yaradılması ilə əlaqədar məsələlər müzakirə edilib”, – ABA-dan qeyd ediblər.

“FinCert”lə əlaqədar məsələlərlə bağlı“Azərbaycan Beynəlxalq Bankı” ASC, “AG Bank” ASC, “Kapital Bank” ASC və “Unibank” KB ASC-nin üzlərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrupa “FinCert”lə əlaqədar daha geniş araşdırmanın aparılması və qrupun növbəti iclasında araşdırmanın nəticələrinin təqdim edilməsi həvalə edilib.

“Analitik materialın hazırlanmasında məqsəd Azərbaycanda digital bankçılığın genişləndirilməsinin dəstəklənməsi yönündə aidiyatı dövlət qurumları ilə müzakirələr üçün analitik əsas formalaşdırmaqdır (vergi güzəştləri və s.)”, – ABA-dan bildiriblər.

Son xəbərlər
Digər xəbərlər