Azərbaycanda fındıq bağlarının peyk və dronla xəritəsi hazırlanıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev “Fındıq potensialın artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən Beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, fındıq Azərbaycan üçün ən gəlirli, ixracyönümlü məhsullardan biridir: “Bu səbəbdən FAO Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildən bəri Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyinin yüksəldilməsi layihəsi icra edir. Layihənin əsas istiqaməti fındıqçılıqda effektivliyi artırmaq, istehsal edilmiş məhsulun keyfiyyətini yüksəltməkdir”.
B. Mehdiyev bildirib ki, yaxın müddətdə yeni layihələrin başlanmasına start veriləcək: “Azərbaycanda qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi üçün yerlərdə işlər görülür”.