Hazırda Azərbaycanda “2024-2028-cı illər üzrə fintex strategiyası”nın hazırlanmasına dair işlər gedir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ requlyativ qurumla aktiv müzakirə edilir: “Strategiyada hədəflər, ona çatmaq istiqamətləri düzgün müəyyənləşdirilməlidir”.
V. Qasımlı hesab edir ki, Azərbaycanda fintex sektoru çox uğurlu şəkildə inkişaf etdiriləcək.