Bu il Fintexlər üçün Bakı, Sumqayıt və Gəncədə regional mərkəzlərin yaradılması planlaşdırılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Fintex Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, növbəti illərdə bu proses daha da genişləndiriləcək: “Bundan başqa, Mərkəzi Bankla birlikdə qanunvericilik sahəsində də işlər görürük ki, maliyyə əlçatanlığı asanlaşsın. Bilirsiz ki, bununla bağlı Fond yaradılıb. Amma bu Fondla bağlı ödənişlərdə bəzən problemlər yaranır. Bu çətinliklərin aradan qaldırılması üçün mütləqdir ki, vencur investisiyaları üçün qanunvericilik əsası yaranmalıdır. Bununla paralel Azərbaycanda ikinci vençur fondun yaradılması ilə bağlı aktiv iş gedir”.
O qeyd edib ki, bu sektora investisiyaların qoyulması üçün mələk investisiya fondları da var: “Artıq 3 belə Fond ölkəmizdə fəaliyyət göstərir. Mələk investor fondlarının aktivliyi ürəyimizcə olmasa da, daha aktiv olmalarını gözləyirik. Hazırda bizim əhatə etdiyimiz startapların 30-35%-i fintex sahəsindədir. Bu da, təəcüblü deyil. Çünki indi ən aktiv sahə maliyyə sektorudur.”