9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Bu ilin may ayında Azərbaycanın “.az” domenində olan saytların hər 28-sı nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

Banker.az xəbər verir ki, ötən ay ərzində Azərbaycan saytlarının 1413-a yaxını fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 3,6%-ni təşkil edir.

Cari ilin may ayı ərzində aprel ilə müqayisədə fişinq hücumlarının sayında 6,7% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə “.az” domenində 39,5 mindən çox sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, ay ərzində Ukraynada hər 130, Rusiyada 104, Belarusda 643, Latviyada 100, Litvada 106, Estoniyada 560, Qazaxıstanda 204, Özbəkistanda 177, Tacikistanda 101, Qırğızıstanda 244, Gürcüstanda 128, Ermənistanda isə 191 sayta bir uğurlu fişinq hücumu düşüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər