22 C
Baku
Wednesday, June 26, 2024

Azərbaycanda Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Bankların əmanət portfeli ötən ay (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3.4 faiz artaraq 10 milyard 993 milyon manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əmanət portfelinin 54.3 faizi yaxud 5 milyard 964.2 milyon manat müddətli əmanətlərdən ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 992.3 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.3 faizini təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə sentyabr ayında əvvəlki aya nəzərən 0.5 faiz, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4 faiz azalaraq 39.2 faiz olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər