12 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda gələn il elektrik enerjisinin istehsalı 30 mlrd. kVt/saatı ötəcək

Gələn il Azərbaycanda 30 mlrd. kVt/saat elektrik enerjisinin istehsal olunacağı proqnozlaşdırılır.

Bu barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.

Onun sözlərinə görə, 2021-2023-cü illərdə ölkədə təqribən 27-30 mlrd. kubmetr elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

“Təbii ki, bunun hamısını biz istehlak eləmirik. İxracımız da var, təqribən illik 1,5-2 mlrd. arası təşkil edir”, – Ələsgər Həsənov qeyd edib.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-dekabr aylarında respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2 044,8 mln. kVt/saat artaraq 27 856,0 mln. kVt-saat olub. Hesabat dövründə elektrik enerjisinin ixracı 1 677,1 mln. kVt/saat olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVt/saat artıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər