Azərbaycanda 2020-ci ildə proqnozlaşdırılan dövlət büdcəsini gəlirləri 23 168,0 mln. manat, xərcləri isə 25 190,0 mln. manat, büdcə kəsiri isə 2 022,0 mln. manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyinə istinadən verilən məlumata görə, 2020-ci ildə bu göstəricilər müvafiq olaraq 24 134,5 mln. manat, 26 913,7 mln. manat və 2 779,2 mln. manat təşkil edəcəyi gözlənilir. Göründüyü kimi, 2020-ci ilin proqnozu 2019-cu ilin proqnozunu büdcə gəlirləri üzrə 966,5 mln. manat və ya 4,2%, xərcləri 1 723,7 mln. manat və ya 6,8% çox, büdcə kəsiri isə 757,2 mln. manat və ya 37,4% azalacağı ehtimal olunur.
2020-ci ilə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 56,1%-i və ya 13 530,0 mln. manatı neft sektorunun, 43,9%-i və ya 10 604,5 mln. manatı qeyri-neft sektorunun payına düşür.
2019-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 170,3 mln. manat və ya 11,2% az, qeyri-neft sektorunun gəlirləri isə 1 136,8 mln. manat və ya 12% çoxdur.
Neft sektoru üzrə büdcə gəlirlərinin 83,9%-i və ya 11 350,0 mln. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,1%-ni və ya 2 180,0 mln. manatını vergi oqranlarının xətti ilə neft sektirundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda SOCAR üzrə büdcə ödənişləri 1 450,0 mln. manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 730 mln. manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 66,5%-ni və 33,5%-ni təşkil edir.
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 53,7%-ni və ya 5 695,0 mln. manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 37,7%-ni və ya 4 000 mln. manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 8,6%-ni bə ya 909,5 mln. manatını isə digər gəlirlər təşkil edir.
2020-ci ildə dövlət büdcəsi gəlirlərinin 11350,0 mln. manatı və ya 47%-i ARDNF-dən transfertin, 7 875,0 mln. manatı və ya 32,6%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 4 000 mln. manatı və ya 16,6%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 839,5 mln. manatı və ya 3,5%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmaların, 70 mln. manatı və ya 0,3%-i isə sair gəlirlərin payına düşür.