Azərbaycanda dəniz nəqliyyatında çalışan işçilərin orta aylıq əməkhaqları illik müqayisədə 15 faiz yüksəlib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 2 184.8 manat təşkil edib.
Bu 2022-ci ilin eyni dövründə 1 899.7 manat idi.
Azərbaycanda dənizdə işləyənlərin sayı son bir ildə 6 555 nəfərdən 6 620 nəfərə yüksəlib.
Ölkə limanlarında ümumilikdə gəmi sayı son bir ildə 2 294-dən 2 990-a yüksəlib.