Cari ilin 1 avqust tarixində Azərbaycanda geniş mənada manatla pul kütləsi (M2 aqreqatı) artaraq 21 225.4 mln manata çatıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən ölkədə pul kütləsi 2 181 mln manat və ya 12%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3 790 mln manat və ya 22% artıb.
Mərkəzi Bankın hesabat dövründə bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edən göstəricilərdə artım müşahidə olunub.
Belə ki, pul multiplikatoru (manatla geniş pul kütləsinin manatla pul bazasına nisbəti) son 1 il ərzində artaraq 1.49 mln manata çatıb. Həmçinin ilin əvvəlindən banklardan kənarda nağd pul 598 mln manat və yaxud,6% artıb.