12 C
Baku
Saturday, November 9, 2024

Azərbaycanda geniş mənada pul kütləsi azalıb

1 Aprel tarixinə Azərbaycanda dövriyyədə olan geniş pul kütləsi (M3) ötən ay ilə müqayisədə 607.77 mln manat yəni 3% azalaraq, 19 507.40 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən isə geniş mənada pul kütləsi 1 061.1 mln manat, yəni 5% azalıb.

M2 aqreqatı (manatla pul kütləsi) 1 113.9 mln manat azalaraq, 12 493.1 mln manata çatıb. Banklardan kənarda nağd pullar isə yəni, əhalidəki nağd pullar 561.1 mln manat, yəni 7% azalaraq 7 396,6 mln manat təşkil edib.

Qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3).

Son xəbərlər
Digər xəbərlər