Bu ilin yanvar-fevral aylarında Azərbaycanda üst və alt geyim istehsalında azalma, corab istehsalında isə artım müşahidə olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Komitənin məlumatına əsasən, hesabat dövründə 65.8 min ədəd üst geyim, 102.2 min ədəd alt geyim istehsal olunub. Bu göstəricilər ötən ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 32.3% və 23% azdır.
Hesabat dövründə corab istehsalı illik müqayisədə 46.6% artaraq 441.8 min cüt olub.