23 C
Baku
Monday, September 16, 2024

Azərbaycanda girov əsasında kredit verən şirkətin ötən il mənfəəti azalıb

“GL” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili 3 milyon 431 min manat mənfəətlə başa vurub. 2021-ci ili ASC 3 milyon 542 min manat mənfəətlə bağlamışdır ki, bu da illik müqayisədə mənfəətin 3% azalması deməkdir.

Banker.az bu barədə şirkətin emissiya prospektinə istinad edir.

Ötən il “GL” ASC-nin cəmi aktivləri 40 milyon 327 min manat təşkil edib. 2021-ci ildə aktivləri 33 milyon 998 min manat olub. Belə ki, “GL” ASC-nin aktivləri 19% artıb.

Şirkətin kredit portfeli 11% artaraq 33 milyon 927 min manat, cəmi öhdəlikləri 16% artaraq 36 milyon 883 min manat, cəmi kapitalı isə 60.3% artaraq 3 miolyon 444 min manat təşkil edib.

Xatırladaq ki, “GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən şirkətdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır. Şirkətin sahibi 204 510 manat nizamnamə kapitalında 100 faiz payı olan Quliyev Fərman Eldar oğludur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər