Dövlət Gömrük Komitəsi (DGK) gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.
Bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
“Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun olaraq metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb”, – o vurğulayıb.
Ş. Bağırovun sözlərinə görə, toplama, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət bücəsinin 18%-ni, ÜDM-nin 5,2%-ni təşkil edib: “Büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-cü illə müqayisədə 12,4% artım müşahidə olunub”.