15 C
Baku
Thursday, March 13, 2025

Azərbaycanda gömrük ödənişlərinin ÜDM-dəki payı 5%-i ötüb

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən toplanan gömrük ödənişlərinin ÜDM-dəki payı 5,3% təşkil edib.

Bunu DGK-nın sədrinin müavini Natiq Şirinov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu göstərici 2014-cü ildə cəmi 2,6% təşkil edirdi: “Eyni zamanda, qeyri-neft sektorunda gömrük yığımlarının xüsusi çəkisi də əhəmiyyətli dərəcədə artıb”.

N. Şirinov bildirib ki, ötən il gömrük yığımlarının məbləği 6 milyard 648 milyon manata çatıb və bu, proqnoz göstəricisini 3,3% üstələyib.

“Sahibkarların sərəncamında qalan vəsait isə 5,7 milyard manat təşkil edib. Bu artımlar gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin geniş tətbiqi nəticəsində mümkün olub. Büdcə gəlirlərində də müsbət dinamika müşahidə edilir. 2024-cü il üzrə Dövlət Gömrük Komitəsinin topladığı vəsaitlər ümumi büdcə gəlirlərinin 17,9%-ni (qeyri-neft sektoru üzrə 34,6%) təşkil edib. Gömrük sistemində şəffaflığın artırılması və fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi əsas hədəflərdən biridir”, – o əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər