2024-cü ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 980 milyon manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 % azdır.
Gömrük rüsumları üzrə daxilolmalar 757,021 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 146,697 milyon manat, aksizlər üzrə daxilolmalar 63,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 12,704 milyon manat olub.