8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 3% artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatının və yaxud 4,7%-nin gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər