Baş verən iqtisadi proseslər, maliyyə prosesləri, eləcə də manatın devalvasiyası keçən ilin axırlarına təsadüf edib.
Bu sözləri Dövlət Gömrük Komitədinin sədri Aydın Əliyev “2016-ci ildə dövlət büdcəsinə gömrük orqanlarından daxil olan gəlirlər azala bilərmi?” sualına cavab olaraq deyib.
“Ona görə də, bu prodeslərdən yalnız 2 ay keçib. Bu barədə hələ demək tezdir. Amma gömrük orqanları olaraq, dövlət büdcəsini doldurmağa çalışan bir orqan olaraq, biz əlimizdən gələni edəcəyik ki, proqnoz tapşırığını yerinə yetirək”, -deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə gələcəkdə Azərbaycanda gömrük tariflərinin artırılması və ya azaldılması mümkündür:
“Tariflərin artırılması və ya azaldılması mümkündür. Bu hökumətin hüququdur. Biz sadəcə olaraq, öz təkliflərimizi bununla bağlı vermişik”
Oxu.az