Azərbaycanda “Gübre.az” kimi tanınan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin rəhbəri dəyişdirilib.
Banker.az xəbər verir ki, Setad Kursat Karabıyık şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Anar Hüseynov Pənah oğlunu əvəz edib.
Qeyd edək ki, şirkət hazırda kapital bazarında səhm emitentidir. O, 23 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında 100 min manatlıq səhm buraxıb və həmin səhmi Afaq Məcidova adlı şəxs alıb. O, səhmlərinin 100%-nə nəzarət edir.
Gübre.az bazarda aqrar kimyəvi məhsullar, gübrə və toxum satışını həyata keçirir.