Azərbaycanda “Gül istehsalçıları, idxalçıları və ixracatçıları assosiasiyası” İctimai Birliyi təsis olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Assosiasiyanın sədri Cavid Axundov seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb. Gül istehsalçılarının vahid platformada birləşməsi onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək.
Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.