10 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda gül istehsalçılarına vergi güzəştinin olunması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda görüş keçirib.

Görüşdə gül istehsal edən sahibkarlarla birlikdə sahənin inkişaf potensialı, qanunvericilik və inzibatçılıq sahəsində mövcud çətinliklər müzakirə edilib, bu sahədə İPM (İntegrated Pest Management) bioloji mübarizə üsullarının təşviqi ilə əlaqədar vergi güzəştlərinin verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi, vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər