Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda güzəştli ipoteka kreditlərinin verilməsində bəzi nöqsanlar aşkarlayıb.
Bu barədə Palatanın məlumatında bildirilir. Məlumata görə, güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәyib, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilib.
“2009-2023-cü illәr әrzindә ümumilikdә 185,5 mln. manat vәsait daxil olub ki, onun da 44,4 mln. manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129,4 mln. manatı Fondun emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilib, 11,7 mln. manatı isә hesablaşma hesabının qalığında qalıb. Fondun Nizamnamәsinә әsasәn fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnib, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilib”.
Palata qeyd edib ki, dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilmәyib, qalıq vәsait Fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilib. Belә ki, 25,4 mln. manat vәsait Fondun istiqrazlarının geri alınması üçün istifadә edilib. Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin Fondun hesabında qalmasına şәrait yaradıb