3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu karantin rejiminin tətbiq edilməsi səbəbindən müvəqqəti dayandırılsa da, ləğv edilməyib.

Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bildiriş gəlməyib.

Bildirilib ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.

Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.

Qeyd edək ki, ziyarətin qiyməti 4 490 dollar olacaq. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-də başlayıb.

©Trend

Son xəbərlər
Digər xəbərlər