9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda hər 6 ipoteka kreditindən 5-ni kişilər götürür – TƏHLİL

2018-ci ilin III rübündə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) xətti ilə 46 mln. manat həcmində ipoteka krediti verilib.

Banker.az-ın xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Bu, II rüblə müqayisədə 21 mln. manat və ya 31,34%, I rüblə müqayisədə 122 mln. manat və ya 3,6 dəfə dəfə azdır. Başqa sözlə, Fondun xətti ilə bu ilin I rübündə 168 mln. manat, II rübdə 67 mln. manat ipoteka krediti verilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, bu ilin iyul-sentyabr aylarında 315 mln. manat güzəştli olmaqla, ümumilikdə, 1 mlrd. 99 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumiyyətlə isə, bu ilin üçüncü rübündə 1 017 ipoteka krediti verilib.

539d7a23 9e8c 424c a555 f35a07c72ef5

cc6a41fc 1729 422c b0df 2097ea617e41

Ümumiyyətlə, 2018-ci ilin oktyabrın 1-nə ipoteka kreditlərinin sayı 23 750-yə çatıb. 2006-cı ildən indiyədək 7 036ədəd güzəştli ipoteka krediti verilib.

df73d8d4 ed07 491b 8883 a5812f1ab776

cc00d98f 4383 45c2 8850 c50562100241

Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 50 mln. manat dövlət büdcəsi, 155 mln. manatı isə qiymətli kağızların payına düşüb.

d8b96e1b dce0 4414 9324 9afb76bf963e

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

316f0ef0 2fc9 48c9 92c0 acd80f5517ca

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 24,3%-i Xətai, 16,8%-i Yasamal, 13,6%-i Binəqədi, 9,8%-i Nəsimi, 9,8%-i Nizami, 7%-i Nərimanov, 6,5%-i Suraxanı, 4%-i Sabunçu, yerdə qalanları Səbail, Qaradağ və Xəzər rayonlarının payına düşür.

18174b1f 7b58 4e25 90dd a15dce46cfdb

Borcalanlar üzrə təhlil

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 82,9%-ni kişilər, 17,1%-ni qadınlar təşkil edir.

665d7a6a 661d 4705 be23 dfe940dd568e

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 48,4%-i evli, 51,6%-i subaydır.

b0842e1f 222b 411f 8b37 5a3b65becbdf

Borcalanların 35,5%-i 18-29 yaş, 34,1%-i 30-35 yaş arasında, 30,4%-i isə 36 yaşdan uxarı olub.

f8009f8a 0f0d 4217 9021 75e645b013b7

İpoteka krediti alanların 49%-i dövlət sektorunda, 51%-i özəl sektorda çalışır.

0b044b85 f285 43cc a90a 8c72dd4914a5

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 21,2%-i hərbi, 20,8%-i bank və sığorta qurumlarında, 19,3%-i digər, 12,6%-i energetika, 8,7%-i hüquq-mühafizə xidmətləri, 17,4%-i yerli və xarici dövlət qurumu, rabitə, təhsil, səhiyyə, tikinti, sahibkarlıq fəaliyyəti sahəsinin payına düşür.

cfc3fee1 9437 4bc9 b290 f43fd98d28e4

Güzəştli şərtlərlə ipoteka krediti alanların 73,7%-ni hərbi qulluqçular, 11,8%-ni dövlət qulluqçuları, 7,6%-ni məcburi köçkünlər, 6,9%-ni elmlər namizədləri, idmançılar və şəhid ailələri təşkil edib.

46ce34c7 c281 4297 be13 e4ac81986280

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 50%-nin məvacibi 1 101 manatdan yüksəkdir. İpotekadan yararlananların 17,6%-nin maaşı 701-900 manat, 15,8%-nin 9011 10012,7%-nin 501700, 3,9%-nin 500 manatdan aşağıdır.

bf5f68c7 0c8c 4692 b2e3 f5af69ab06ce

İpoteka predmeti üzrə təhlil

İpoteka yolu ilə alınan mənzillərin 38,9%-nin qiyməti 60 00090 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 33,2%-nin dəyəri 30 00060 000 manat, 12,9%-nin 90 000120 000 manatdır, 14%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 1%-nin qiyməti 30 min manatdan aşağı olub.

dee64e04 1183 464a a4a9 14fccab7da21

Bu mənzillərin 32%-nin sahəsi 41-6030%-nin 618016%-nin 811006,8%-nin 101-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 5%-nin sahəsi 40 kvadratmetrdən azdır, 10,2%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

40120461 b2aa 477b aac0 f46f427c663f

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93,6%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 6,4%-ni isə həyət evləri təşkil edir.

51026b05 9444 4be2 b327 6bd4eacd329a

 

Mənbə: Report.Az

Son xəbərlər
Digər xəbərlər