Azərbaycanda 2025-ci ilin 1 yanvar tarixinə Azərbaycanda hər 100 ev təsərrüfatına düşən minik avtomobillərin sayı 65 ədəd olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3 ədəd çoxdur və ölkə tarixində ən yüksək göstərici sayılır.
Azərbaycanda ən yüksək göstərici ilə Bakı şəhəri 99 ədəd göstərici ilə ilk pillədə dayanır. Sonrakı göstəricilər Xocalı, Xocavənd, Qubadlı, Şuşa və Ağdamda müvafiq olaraq 92, 91, 81, 79 və 81 ədəd hər 100 ev təsərrüfatına minik avtomobili düşür.