Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış və xidmət müddətini keçmiş müddətli hərbi qulluqçuların ehtiyata buraxılması başlayıb.
Çağırış Prezident İlham Əliyevin 2021-ci il noyabrın 23-də imzaladığı sərəncama əsasən həyata keçirilir.
2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.