15 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda həyat sığortası bazarı 2 dəfədən çox böyüdü

Azərbaycanda həyat sığortası üzrə bazarı 2023-cü ilin ilk 8 ayında 2.4 dəfə böyüyüb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin yanvar-avqust aylarına olan statistikasına istinad edir.

Belə ki, hesabat müddətində sığorta şirkətləri həyat sığortası üzrə 377.36 milyon manat haqq yığıblar. Sığorta ödənişlərinin həcmi 194.49 mln. manat olmaqla öncəki ilin eyni dövründən 38% azdır.

Həyat sığortasısının 355.74 mln. manatı həyatın yaşam sığortasını, 18.08 mln. manatını həyatın ölüm halından sığortası olub.

Qeyd edək ki, hesabat ili müddətində 618.9 mln. manat könüllü sığorta yığılıb

Son xəbərlər
 ⁠
Digər xəbərlər