9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda həyat sığortası bazarı böyüyüb

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında könüllü həyat sığortası üzrə sığorta haqqları 241 milyon 712 min manat, sığorta ödənişləri isə 201 milyon 997 min manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Bunun ən böyük hissəsini həyatın yaşam sığortası (müvafiq olaraq 85.7% və 98.7%) təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə könüllü həyat sığortası üzrə sığorta haqqları 22.5%, sığorta ödənişləri isə 9.7% artıb.

Qeyd olunan dövr üçün icbari həyat sığortası üzrə isə 48 milyon 552 min manat sığorta haqqları, 3 milyon 154 min manat sığorta ödənişləri hesablanıb. Bu da ötən il ilə müqayisədə müvafiq olaraq 15.8% və 75% çoxdur.

Son xəbərlər
Digər xəbərlər