Azərbaycanda 2024-cü ilin yanvar-iyun aylarında könüllü həyat sığortası bazarı son bir ildə 18 faiz artım göstərib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.
Həyat sığortası şirkətləri ümumilikdə 400.45 milyon manat sığorta haqqı yığıblar və bu da keçən ilin eyni dövründəki nəticəni 62.14 milyon manat üstələyir.
Şirkətlərin ödənişlərinin həcmi isə illik müqayisədə 127.26 milyon manat və ya 77% artımla 293.52 mln. manata yüksəlib.
Ödənişlərin yüksəlməsi bu biznesin gəlirliliyin düşməsinə təsir edib. Keçən il sığorta haqlarının ödənişlərlə fərqindəki 172.05 mln. manatlıq müsbət dinamika cari ilin eyni dövründə 106.93 manata düşüb.
Min manat | ||||
2023 | 2024 | |||
Sığorta sinifləri | Sığorta haqqları | Sığorta ödənişləri | Sığorta haqqları | Sığorta ödənişləri |
Həyat sığortası üzrə, o cümlədən: | 338,307.0 | 166,259.4 | 400,448.3 | 293,517.3 |
həyatın yaşam sığortası | 319,563.0 | 165,433.6 | 378,119.2 | 291,983.9 |
həyatın ölüm halından sığortası | 16,356.2 | 790.2 | 17,456.0 | 1,260.4 |
əmək qabiliyyətinin sığortası | 996.3 | 20.2 | 2,219.2 | 87.7 |
sağalmaz xəstəliklərdən sığorta | 1,391.5 | 15.6 | 2,653.9 | 185.3
|
İlin ilk yeddi ayları üzrə həyat sığortaçılarının əməliyyatları, min manatla | ||||
2023 | 2023 | |||
Sığortaçının adı | Sığorta Haqqları | Sığorta Ödənişləri | Sığorta Haqqları | Sığorta Ödənişləri |
“Paşa Həyat Sığorta” ASC | 327,010 | 150,921 | 377,770 | 256,585 |
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC | 38,366 | 14,152 | 51,092 | 31,547 |
“Qala Həyat” Sığorta Şirkəti ASC | 14,975 | 1,649 | 13,963 | 3,261 |
“Xalq Həyat” Sığorta Şirkəti ASC | 5,583 | 1,006 | 5,753 | 4,157 |
Meqa Həyat Sığorta ASC | 2,449 | 8 | 5,199 | 154 |
CƏMİ | 388,383 | 167,737 | 453,776 | 295,704 |