9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda həyat sığortası üzrə yığımlar 24% artıb

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 357 milyon 728 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 183 milyon 336 min manat sığorta haqqı toplanılıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 24%, qeyri-həyat sığortası üzrə yığımlar isə 0.8% artıb.

Ötən ilin 6 ayında həyat sığortası üzrə yığımlar 288 milyon 783 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 181 milyon 874 min manat olub.

Bu ilin 1-ci yarısında həyat sığorta növləri üzrə ödənişlərin məbləği 233 milyon 94 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 61 milyon 916 min manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər