2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda həyat sığortası üzrə yığımlar 93% artıb, ödənişlər isə 57% azalıb

Azərbaycanda cari ilin may ayında könüllü həyat sığortası üzrə yığımlar 176 mln. 667.5 min olub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 40 mln. 141.6 min manat və ya 29.4% çoxdur. Könüllü həyat sığortası üzrə yığımların 93.3%-ini həyatın yaşam sığortası yığımları təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Könüllü həyat sığortası üzrə sığorta ödənişləri bu ilin may ayında 50 mln. 798.2 mi manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 mln. 404.4 min manat və ya 56.6% azalma deməkdir. Hesabat dövründəki sığorta ödənişlərinin 92%-ini həyatın yaşam sığortasl üzrə ödənişlər təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər