10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda həyat sığortası üzrə yığımlar artıb

Cari ilin yanvar-oktyabr aylarında könüllü həyat sığortası üzrə sığorta haqqlarınn həcmi 262 011.3 min manat, sığorta ödənişlərinin həcmi isə 213 069.7 min manat olub.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalara görə, sığorta haqqlarının 85.2%-ini, sığorta ödənişlərinin isə 98.6%-ini həyatın yaşam sığortası təşkil edib. Könüllü həyat sığortası üzrə sığorta haqqlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə  22.5% artım, sığorta ödənişlərində isə 1.4% azalma var.

AMB-nin hesabatına əsasən, bu ilin ilk 10 ayında icbari həyat sığortası üzrə sığorta haqqları 52 035.7 min manat, sığorta ödənişləri isə 3 388.6 min manat hesablanıb. Bu göstəricilərdə əvvəlki ilin ilk 10 ayına nisbətən müvafiq olaraq 14.9% və 62.6% artım müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər