13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda həyatın sığortalanması bazarına edilən ödənişlər azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyat sığortası üzrə 49 milyon 668 min manat sığorta haqqı toplanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən bildirir ki, həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 240 min manat çoxdur.

Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 2 milyon 263 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 492 min manat azalma deməkdir.

Cari ilin 10 ayında qeyri-həyat sığortası üzrə isə 156 milyon 875 min  manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası üzrə sığorta haqqı 1 milyon 562 min manat çoxdur.

Qeyd edilən dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 61 milyon 121 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 804 min manat azalıb.

Son xəbərlər
Digər xəbərlər