9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda həyatın yaşam sığortası iri addımlarla irəli gedir

Azərbaycanda həyatın yaşam sığortası yüksək artım dinamikası ilə böyüyür.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinad edir.

2023-cü ilin yanvar ayında Azərbaycanda həyatın yaşam sığortasının həcmi 32.3 mln. manatdan yuxarı olub. Bu 2022-ci ilin analoji ayı ilə müqayisədə 42%-lik artımdır.

Bununla belə, ödənişlərin həcmi də 4.3 dəfə artmaqla  19.57 mln. manat təşkil edib.

2022-ci il üzrə Azərbaycanın bu bazarı illik müqayisədə 45% artaraq 396.69 mln. manata yüksəlib. Ödənişlər isə 242.08 mln. manat olmuşdu.

Həyatın yaşam sığortası, min manat

Yanvar,  Sığorta haqqı  Sığorta ödənişi  Fərq
2018      8,363.55      7,339.15      1,024.39
2019    13,288.37    11,928.22      1,360.15
2020    14,084.07    27,952.65 – 13,868.58
2021    22,694.46      4,581.25    18,113.22
2022    32,304.25    19,572.75    12,731.50

 

Həyatın yaşam sığortası sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növüdür.

Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir.

Həyatın Yaşam Sığortası siyasəti sabit aylıq ödənişlərin edildiyi müddətdə risksiz, zəmanətli gəlir vəd edir. Bu sığorta məhsulunun əsas əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcbur dövlət sosial sığorta haqlarının çalışanların mənafeyinə olması barədə maarifləndirməkdir.

Xatırladaq ki, bu bazarın əsas oyunçusu “PAŞA Həyat” ASC-dir.

 

Son xəbərlər
Digər xəbərlər