“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri tərəfindən sentyabrın 1-dən “Həyatın Yaşam Sığortası” məhsuluna qoşulma zamanı kredit xəttininin məhdudlaşdırılmasının səbəblərini açıqlayıb.
ASA bildirib ki, məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7.5 %-lə kredit xətti təklif edirlər.
Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50 % və ya 72 % (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.