Şirkətlərin əsas hədəfi ölkəmizdə halal pərakəndə satış potensialını inkişaf etdirməkdir.
Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər Azərbaycanda pərakəndə ticarət sektorunda iştirakını artırmaq niyyətindədir.
Bu şirkətlərin əsas hədəfi ölkəmizdə halal pərakəndə satış potensialını inkişaf etdirməkdir.
Bu məsələlər Dubayın Ticarət və Sənaye palatasının üzvlərinin iştirakı ilə ölkəmizdə keçirilən Pərkəndə və Françayzinq biznesi üzrə dəyirmi masada müzakirə olunub.
Dubaydan gələn rəsmilərin və iş adamlarının sözlərinə görə hal-hazırda dünyada pərakəndə ticarətin 10 faizi halal malların satışının payına düşür. Bura yalnız ərzaq deyil, həm də ətriyyat, kosmetika, geyim kimi məhsullar daxildir. 2012-ci ildə müsəlmanlar islam geyiminə 224 milyard, təkcə halal kosmetikaya isə 26 milyard dollar pul xərcləyiblər.
Hazırda halal satışın ikinci mərkəzi olan Dubay Azərbaycan kimi hələ potensialı tam istifadə olunmayan ölkələrin hesabına bu rəqəmləri artırmaq niyyətindədir.
Oxu.az