2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb?

Azərbaycanda taksi xidmətini həyata keçirən “Maxim” avtomobillərin brendlərini araşdırıb və ən çox tələbat olan modellərin top onluğunu tərtib edib.

Banker.az-a şirkətdən bildirilir ki, reytinqin liderləri premium avtoseqment dünyasının klassikası sayılan “Mercedes” brendinin avtomobilləri olub. Ümumilikdə bu maşınlarda xidmətlə “Komfort” tarifi üzrə 63% sürücü əməkdaşlıq edir. Bununla yanaşı, birinci yerdə kompakt və yüksək komfortlu “Mercedes C-class” gəlir, bu maşından sürücülərin 26%-i istifadə edir. İkinci yerdə Mercedes tarixində ən çox satılan E-class-dır (21%). Üçüncü yeri Mercedes-Benz 220 tutur: bu modelin payına 9% düşür.

Həmçinin beşliyə Hyundai Sonata (5%) və Mercedes-Benz 200 sedanları (4,7%) daxil olub. Reytinqdə yerdə qalan markaların payına 3%-dən çox düşməyib. Top onluqda həmçinin Volkswagen, Hyundai, KIA və BMW brendləri var.

Olduqca unikal nümunələrə də rast gəlinib. Məsələn, Azərbaycanda müraciət edən sərnişinlərin taksi sifarişinə “Tesla”, “Porsche Cayenne, Lexus GX avtomobillərinin müxtəlif modelləri və hətta Cadillac və Bentley-in vintaj modelləri də gələ bilər.

Azərbaycanda komfortlu avtomobillərin top onluğu:
1. Mercedes C-class – 26%
2. Mercedes E-class – 21%
3. Mercedes-Benz 220 – 9%
4. Hyundai Sonata – 5%
5. Mercedes-Benz 200 – 4,7%
6. Volkswagen Passat – 3%
7. Mercedes-Benz 230 – 3%
8. KIA Optima – 1,7%
9. Hyundai Santa Fe – 1,4%
10. BMW 320 – 1,2%

Son xəbərlər
Digər xəbərlər