12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda hansı sahələrdə maaşlar daha çox artıb? – Siyahı

Azərbaycanda bu ilin ilk 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanların orta aylıq nominal əməkhaqqı 12.93% artıb. Belə ki, orta maaş ötən ilin müvafiq dövründə 1 758.5 manat təşkil etdiyi halda, bu il 1 985.9 manat olub. Bu sahədə dövlət sektorunda maaş 10.51%, özəl sektorda isə 13.55% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında tikinti sahəsində çalışanların orta maaşı 872.3 manat olub ki, bu da illik müqayisədə 10.74% çox orta aylıq maaş alıblar. Dövlət sektorunda bu fəaliyyət sahəsində işləyənlərin maaşı 5.79%, özəl sektorda işləyənlərin maaşı isə 11.23% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində çalışanların maaşında isə illik müqayisədə 9.96% artım müşahidə olunub (dövlət sektorunda 9.85%, özəl sektorda 15.55% artım). Hesabat dövründə bu sahədə çalışanların orta maaşı 767.6 manat olub, əvvəlki ilin müvafiq dövründə isə  orta maaş 698.1 manat idi.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində çalışanlar isə 6.56% az (ötən il 3 341 manat, bu il 3 121.8 manat) maaş alıblar. Dövlət sektorunda mədənçıxarma sənayesində çalışanların orta maaşı 0.13% artsa da, özəl sektorda bu sahədə maaş 9.57% azalıb.

423423423423423423

Son xəbərlər
Digər xəbərlər