23 C
Baku
Friday, April 26, 2024

“Azərbaycanda hasil edilən 654 mln. ton neftin 484 mln. tonu BTC ilə dünya bazarlarına çıxarılıb”

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə kimi) 573 mln. ton neft hasil edilib.

Bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, indiyədək yataqlar blokundan 208 mlrd. kubmetr qaz hasil edilib.

Xoşbəxt Yusifsadə, qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 mln. tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Birinci-vitse prezident onu da əlavə edib ki, indiyədək Azərbaycanda hasil edilən 654 mln. ton neftin 484 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər