13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda hava nəqliyyatı vasitələrinə sığorta ödənişləri azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15 milyon 754 min manata yaxın sığorta haqqı toplanıb, 2 milyon 61 min  manat məbləğində sığorta ödənişi həyata keçirilib.

“Banker.az”a Mərkəzi Bankdan verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 5 milyon 137 min çox, ödənişlər isə 3 milyon 634 min azdır.

Həmçinin qeyd edək ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə  36 min manat məbləğində sığorta haqqı toplanıb, qeyd edilən dövr ərzində sığorta ödənişi olunmayıb.

Son xəbərlər
Digər xəbərlər