Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15 milyon 788 min manata yaxın sığorta haqqı toplanıb, 1 milyon 647 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 5 milyon 185 min çox, ödənişlər isə 4 milyon 48 min azdır.
Həmçinin qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə 122 milyon 276 min manat məbləğində sığorta haqqı toplanıb, 25 milyon 502 manat məbləğində sığorta ödənişi həyata keçirilib.