Finlandiya Meteorologiya İnstitutunun ekspertləri ilə Azərbaycanın Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları arasında tvinninq layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə xarici ekspertlər tərəfindən SMART MET və SMART MET ALERT modelinin tətbiqinə dair təqdimatlar edilib, bu modelin Azərbaycan üçün uyğunlaşdırılması və tətbiqi Xidmətin əməkdaşları ilə müzakirə olunub.
Eyni zamanda, Finlandiyada bu model vasitəsi ilə hava, daşqın proqnozlarının və xəbərdarlıqların hazırlanması üsulları Xidmətin əməkdaşlarına təqdim edilib.