Bu ilin sonuna Azərbaycanda havadan suyun əldə edilməsi üzrə texniki iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri yekunlaşdırılacaq.
Bu barədə Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində qeyd olunub.
Məlumata görə, gələn il müvafiq sahə üzrə pilot layihə keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.
Sözügedən işlər tamamladıqdan sonra 2027-ci ildən ölkədə havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasına başlanılacaq.