“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan 4 hava nəqliyyatı vasitəsi satışa çıxarılır.
Banker.az xəbər verir ki, onlardan biri buraxılış ili 2004-cü il olan “SUPER PUMA AS 332 L” hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd “EUROCOPTER EC155 B1” və buraxılış ili 1992-ci il olan “Mİ-8 MTV-1” hava nəqliyyat vasitəsidir
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, “EUROCOPTER EC155 B” 1 239 000 manata, iki ədəd “EUROCOPTER EC155 B1″dən birincisi 644 000 manata, digəri 508 000 manata, “Mİ-8 MTV-1” tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətlərində keçiriləcək.