“Bundan sonra ucaldılacaq bütün heykəllərin üzərində turistlər üçün məlumat lövhələri quraşdırılacaq”.
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, turistlərin məlumatlandırılması baxımından əlverişli olacaq.
Nazir əvvəlki heykəllərdə də bu üsulun tədricən tətbiqinin nəzərdə tutulduğunu vurğulayıb.