Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib.
Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.