Azərbaycanda hibrid avtomobillər daha bir il ƏDV-dən azad ediləcək.
Bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.
Belə ki, sənəddə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə bir il artırılması nəzərdə tutulur.