Azərbaycanda hibrid və elektrik avtomobilərə güzəştlərin ləğvi Çindən idxalı kəskin endirib

Azərbaycdanda idxal olunan hibrid və elektrik avtmobillərə güzəştlərin ləğvindən sonra Çindən Azərbaycana minik avtomobillərinin idxalı kəskin azalıb.

Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında Çindən Azərbaycana 7 340 ədəd minik avtomobili idxal edilib. Bu avtomobillərin ümumi dəyəri 139.49 mln. dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Çindən 11 533 ədəd minik avtomobili gətirilmiş, idxalın dəyəri isə 223.28 mln. dollar olmuşdu.

Beləliklə, bir il ərzində Çindən avtomobil idxalının həcmi 4,193 ədəd və ya 36.4%, dəyəri isə 83.80 mln. dollar və ya 37.5% azalıb.

İdxalın strukturunda ən böyük payı plug-in hibrid avtomobillər təşkil edib. Cari ilin ilk 4 ayında Çindən 5,545 ədəd plug-in hibrid avtomobil idxal olunub ki, bu da ölkədən gətirilən bütün minik avtomobillərinin təxminən dörddə üçünə bərabərdir.

Bununla yanaşı, adi hibrid avtomobillərin idxalı da zəifləyib. 2025-ci ilin ilk 4 ayında Çindən 2 215 ədəd adi hibrid avtomobil gətirildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 591 ədədə düşüb.

Azərbaycanda hibrid avtomobillərin idxalının və satışının stimullaşdırılması məqsədilə 2022-ci ildən istehsal tarixi 3 ildən çox olmayan və mühərrikinin işçi həcmi 2500 kubsantimetrdən artıq olmayan hibrid avtomobillər ƏDV-dən azad edilmişdi. Avtomobil parkının yenilənməsi və ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi məqsədi daşıyan bu güzəşt 2025-ci ilin sonunadək qüvvədə olub. 2026-cı il yanvarın 1-dən etibarən isə güzəşt müddəti başa çatdığından həmin avtomobillərin idxalına yenidən ƏDV tətbiq edilməyə başlanıb.

Ölkəmizdə Çin markalı minik avtomobillərinin sayı sürətlə artıb. 2026-cı il yanvarın 1-nə ölkədə ən böyük artım “Changan” markasında qeydə alınıb və avtomobillərin sayı bir il ərzində 333,3% artaraq 38 784 ədədə çatıb. BYD markalı avtomobillərin sayı isə 384,9% artımla 19 799 ədədə yüksəlib. Eyni dövrdə Geely, Haval, Chery, BAIC, Dongfeng, GAC və JAC markalarında da əhəmiyyətli artım müşahidə olunub. Bununla yanaşı, MG və Great Wall Motors markalarında artım tempi daha zəif olub. Çin istehsalı avtomobillərin sayındakı yüksəliş son illərdə bu markalara marağın əhəmiyyətli dərəcədə artdığını göstərir.

Avtomobil növü 2025 (ədəd) 2026 (ədəd) Dəyişmə
Benzin mühərrikli, 1000 kub sm-dən az 64 48 -25.0%
Benzin mühərrikli, 1000-1500 kub sm 734 701 -4.5%
Benzin mühərrikli, 1500-3000 kub sm 147 86 -41.5%
Dizel mühərrikli, 1500-2500 kub sm 186 222 +19.4%
Dizel mühərrikli, 2500 kub sm-dən çox 4 0 -100.0%
Hibrid avtomobillər 2,215 591 -73.3%
Plug-in hibrid avtomobillər 7,904 5,545 -29.8%
Elektrikli avtomobillər 279 147 -47.3%
Cəmi 11,533 7,340 -36.4%

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər