Azərbaycanda hökumət orta illik inflyasiyanın üzrə proqnozunu yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilir.
Bildirilir ki, cari ildə 10.4 faiz inflyasiya gözlənilir.
Bu da əvvəlki proqnoz – 6.9 faizə nəzərən 3.5 faiz bənd çoxdur.
Azəbaycanda 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya azalaraq 13.5%-ə düşüb. Bu da ilin sentyabrında qeydə alınan pikdən 3% bəndi aşağıdır.
1 may tarixində Azərbaycan Mərkəzi Bankı baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnoz edilib. Bu, AMB-nin əvvəlki fərziyələrdə qlaraq proqnozunu dəyişməməsi deməkdir.