15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda Hollandiyanın hesabına model ferma yaradılacaq

Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb”.

Bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı – Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu addım Hollandiyanın Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək istəyi ilə bağlıdır.

“Bu ayın əvvəlində Azərbaycanda kənd təsərrüfatı sektorunda araşdırmalar aparılması, o cümlədən model fermanın yaradılması üçün 300 min avro ayırmışıq. Bu layihənin həyata keçirilməsində bizə Hollandiyanın tanınmış universitetlərindən biri də kömək edəcək. Bu, onu göstərir ki, Hollandiya Azərbaycan iqtisadiyyatının diversifikasiyasında maraqlıdır”, – səfir diqqətə çatdırıb.

©Report

Son xəbərlər
Digər xəbərlər